31/05/2018 11:00

“Plasan” “SandCat” bazasında “Spike NLOS” kompleksini nümayiş etdirib – FOTO/VİDEO

İsrailin “Plasan” şirkəti “SandCat Stormer” zirehli avtomobilin “Spike NLOS” idarə olunan tank əleyhinə raketləri daşıyan yeni versiyasını təqdim edib.

“AzeriDefence”nin məlumatına görə, şirkət özünün “YouTube” kanalında yeni maşının video görüntülərini yayımlayıb.

Yeni maşının hazırlanması “Spike” raketlərinin istehsalçısı “Rafael Advanced Defense Systems” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Tank əleyihinə raket kompleksi “pick up” tipli maşının arxa – yük bölməsində yerləşdirilib. Kompleksə atışa hazır 4 ədəd “Spike NLOS” raketi və məsafədən müşahidə aparmağa imkan verən, “Rafael” şirkətinin istehsalı olan “Toplite MHD” elektro-optik modul daxildir. Raketin idarə edilməsi maşının zirehli kabinəsindən həyata keçirilir.

Maşın həmçinin GPS, naviqasiya sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, “Spike NLOS” TƏİR-in atış məsafəsi 25 km, yeni modifikasiyasınınkı isə 30 km təşkil edir. Raket 1000 mm qalınlığında homogen zirehi dəlməyi bacarır.