29/03/2018 16:47

Polşa ABŞ-la PAC-3 sisteminin alınmasına dair müqavilə imzalayıb

Polşa ABŞ-la “Lockheed Martin” şirkətinin istehsalı olan “Patriot” zenit raket komplekslərinin (Patriot Advanced Capability-3 (PAC-3)) tədarükü üçün müqavilə imzalayıb.

“AzeriDefence” xəbər verir ki, bu haqda “Lockheed Martin” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki ölkə arasında imzalanan müqavilədə zenit raket kompleksi yanaşı, raketlərin və digər müvafiq dəstək avadanlıqlarını tədarükü də nəzərdə tutulub. Bununla da Polşa, Qətər, Yaponiya, Rumıniya və Birləşmiş Ərəb Əmirliklərindən sonra PAC-3 raketlərini tədarük edən 15-ci ölkə oldu.

Müqavilənin dəyəri 10,5 milyard ABŞ dolları təşkil edir. Müqaviləyə əsasən, Polşa 16 işəsalma qurğusu, 4 radar, proqram təminatına uyğun olan nəzarət stansiyaları və 208 ədəd raket alacaq.

Polşa “WISLA” layihəsi çərçivəsində gələcəkdə yenə “Patriot” qurğuları, qalium-nitrid (GaN) bazalı 360 dərəcə üfiqi müstəvidə skanetməyə malik AESA radar və “SkyCeptor” raketi almaq niyyətində olduğunu açıqlayıb.