29/06/2015 14:20

Polşa artileriya qurğuları üçün Cənubi Koreyadan şassi alır

Polşa “Krab” özüyeriyən artileriya qurğuları üçün şassini Cənubi Koreyadan alacaq.

“AzeriDefence”nin Cənubi Koreya mediasına istinadən verdiyi məlumatına görə, şassinin istehsalçısı “Samsung Techwin”dən bildirilib ki, artıq ilkin tırtıllı şassi Polşaya yola salınıb.

Bu şassilər 155 mm-lik “Krab” haubiçaları üçün nəzərdə tutulub.

İki ölkə arasında bununla bağlı müqavilənin dəyəri 300 mln dollardır.

Məlumatda o da qeyd olunub ki, tırtıllı şassi “MTU-881 KA 500” markalı 1000 at gücündə mühərrikə sahibdir.

Müqaviləyə əsasən Polşaya satılacaq şassilərin sayı 100-ə yaxındır.