06/09/2017 11:47

Polşa “Borsuk” adlı PDM-ni təqdim edib – FOTO

Polşanın “Huta Stalowa Wola” şirkəti MSPO-2017 müdafiə sərgisində Müdafiə Nazirliyi üçün NPBWP (Nowego Pływającego Bojowego Wozu Piechoty) proqramı çərçivəsində hazırlanan “Borsuk” tırtıllı piyada döyüş maşınının prototipini nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, NPBWP proqramı çərçivəsində 2013-cü ildə Polşa Müdafiə Nazirliyi tərəfindən BMP-1 piyada döyüş maşını modernizə edilməyə başlanılıb. 2014-cü ildə yeni təkmilləşdirilən “BWP Borsuk”un tammiqyaslı hazırlanmasına görə, dəyəri 75 milyon zlot ( təxminən 21 milyon ABŞ dolları) olan müqavilə imzalanıb.

“BWP Borsuk” iki variantda işlənir – döyüş kütləsi 25 ton olan (məhz bu variantın prototipi MSPO-2017-də təqdim edilib) və döyüş ktləsi təxminən 30 tona yaxın olan, gücləndirilmiş müdafiə sisteminə malik “BWP Borsuk” hazırlanır.

Modernizə edilmiş piyada döyüş maşını polad korpusa malikdir və MTU 8V199TE20 dizel mühərrikiylə təchiz edilib. Maşın ekipaj daxil olmaqla 11 nəfər heyəti daşıya biləcək.

“Borsuk” “Orbital ATK” şirkətinin 30 millimetrlik Mk-44 “Bushmaster” topu, həmçinin 7,62 mm-lik pulemyot və İsrailin “Rafael” şirkətinin istehsal olan “Spike LR” idarə olunan tank əleyhinə raketi ilə təchiz edilib.

Müqavilənin şərtlərinə görə, təkmilləşdirmə işləri 2017-ci ilin oktyabr ayında başa çatmalıdır. Bundan sonra 33 ay müddətində (yəni 2021-ci ilin əvvəllərində) piyada döyüş maşının sınaqlarının tamamlanması və seriyalı istehsala başlanması nəzərdə tutulur.