26/01/2013 05:13

Polşa hökuməti ANAMA-ya ambulans bağışlayıb

Polşa hökuməti tərəfindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) ambulans avtomobil bağışlanıb. AzeriDefencenin xəbərinə görə, bu gün Bakıda keçirilən təqdimat mərasimində ANAMA rəhbərliyi, Polşanın Azərbaycandakı səfiri, minatəmizləmə sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak ediblər.

Honker markalı ambulans avtomobil ANAMA-nın tibb heyətinə təqdim olunub.

Tədbirdə çıxış edən ANAMA-nın direktoru Nazim İsmayılovun sözlərinə görə, ANAMA yarandığı ilk gündən beynəlxalq donorlarla, NATO, Avrpa İttifaqı, həmçinin bir sıra ölkələrlə yaxından əməkdaşlıq edir.

ANAMA rəhbəri Polşa hökumətinin bu dəstəyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Qeyd olunub ki, ambulans təcili tibbi yardımın göstərilməsi üçün tam təchiz olunub.