23/09/2015 09:18

Polşa İsraildən “Hermes” PUA-ları alır

Polşanın Silahlanma üzrə Qrupu (Polska Grupa Zbrojeniowa – PGZ) İsrailin “Elbit Systems” şirkəti ilə pilotsuz uçuş aparatlarının alınmasına dair saziş imzalayıb.

“AzeriDefence”nin Polşa mediasına istinadən verdiyi məlumatına görə, saziş əsasən, İsrailin adıçəkilən şirkəti Polşa Silahlı Qüvvələri üçün orta mənzilli aviasiya kompleksləri verəcək.

Artıq Polşa Ordusu “Hermes-450”nin alınması təklifini irəli sürüblər.

Bundan başqa İsrail şirkəti Polşa Ordusunun aviasiya kompleksini də zəruri avadanlıqlarla təchiz edəcək.

Danışıqlarda daha iri “Hermes-900” PUA-sının alınması da müzakirə mövzusu olub.