30/08/2017 19:10

Polşa tank parkını müasirləşdirir

Polşa Müdafiə Nazirliyi T-72 tankının müasirləşdirilməsi layihəsini davam etdirir.

“AzeriDefence” “Defence24.pl” portalına istinadən xəbər verir ki, PT-17 indeksi verilmiş tank “Zaklady Mechaniczne Bumar” və “Labedy” OBRUM şirkətləri tərəfindən moderinləşdirilir.

Yeni modernizə olunan PT-17 tankı 2017-ci ilin sentyabrında keçiriləcək MSPO-2017 müdafiə sənayesi sərgisində təqdim olunacaq. PT-17 tankında əsas dəyişilik edilən hissələr qüllə və tankın korpusudur. Tank NATO standarlarına uyğun 125 mm-lik yivsiz lüləli topla təchiz edilib. Tanka köməkçi silah olaraq distans idarə olunan bir ədəd 7.62 mm-lik pulemyot və bir ədəd 12.7 mm-lik pulemyot quraşdırılıb.

PT-17-nin zirehli hissəsi ötən il modernizə olunan PT-16 indeksli tankda olduğu kimi saxlanılıb. Tankın ön hissəsində də dəyişiklilər edilib. Digər modernizə işləri isə elektron-optik müşahidə sistemlərinin təchiz edilməsi ilə bağlıdır. Damda sabitləşdirilmiş panorama nişangahı qurulub. PT-17-də quraşdırılan digər qurğular barədə hələ ki geniş məlumat verilməyib. Lakin məlumdur ki, daha öncə modernizə olunan PT-16 tankı 1000 at gücündə dizel mühərrikə sahibdir.

Polşa Müdafiə Nazirliyinin sifarişi əsasında “Bumar” və “Labedy” şirkətləri həmçinin T-72M/PT-91 tankı üzərində də daha ucuz variantda modernizə işləri aparacaq. Yeni PT-91M2 indeksli tanka 125 mm-lik 2A46 topu inteqrasiya olunacaq. Həmçinin yeni versiya “Safran” SAVAN-15 elektro-optik idarəetmə sistemi ilə təmin olunacaq. Komandir və sürücünün müşahidə etməsi üçün polşa silahlı qüvvələrində istifadə edilən TKN-3Z cihazı quraşdırılacaq. Tank həmçinin 360 dərəcə bucaq altında fırlanan kamera sistemi və OBRA-3 tüstü qumbarası ilə təchiz ediləcək. Modernləşdirilmiş tank S-12U mexaniki transmissiya və dizel mühərrikə sahib olacaq.

Qeyd edək ki, Polşa Müdafiə Nazirliyi tank parkının yenilənməsi ilə əlaqədar Polşa ordusunda bütün tankları əvəz edəcək Almaniya istehsalı olan“Leopard 2” tankının alınması və “Gepard” layihəsinin inkişafına əsaslanaraq, uzun müddət PT-91 tankı ilə bağlı planlarından imtina etmişdi. Lakin sonradan Polşa Müdafiə Nazirliyi “Leopard 2”lə birgə Ordunun silahlanmasında olan digər tankların modernizə edilib ən azı 10-15 il xidməti müddətinin artırılması ilə əlaqdar qərar qəbul edib. Polşa müdafiə sənayesi üçün artıq “Gepard” proqramına xitam verilib.