26/02/2017 18:21

“Predator” pilotsuz uçuş aparatı ABŞ ordusunun istismarından çıxarılır

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) məsafədən idarə olunan MQ-1 “Predator” pilotsuz uçuş aparatın (PUA) istismarına son qoyur.

“AzeriDefence”nin məlumatına görə, bu barədə ABŞ HHQ-nın yaydığı açıqlamada bildirilib.

ABŞ Ordusunda 21 il istismarda olan MQ-1 PUA-sı 2017-ci il iyulun 1-dən etibarən hərbi aviasiya parkından çıxarılacaq.

MQ-1 “Predator”ları daha müasir MQ-9 “Reaper” pilotsuz uçuş aparatları əvəz edəcək.

Məlumatda o da qeyd olunub ki, MQ-9 PUA-lara çoxfunksiyalı aktiv sensor, yüksək daşıma qabiliyyəti və artırılmış sürətinə görə üstünlük verilib.