17/02/2017 16:46

“Predator XP” PUA-ları sifarışçiyə təhvil verilib

“General Atomics Aeronautical Systems” şirkətinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün istehsal etdiyi “Predator XP” tipli pilotsuz uçuş aparatlarını (PUA) sifarışçiyə təhvil verilib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

“Predator XP” PUA-nın istehsalı ilə bağlı Abu-Dabi şəhərində keçirilən İDEX-2012 sərgisinin ikinci günü ABŞ və BƏƏ arasında memorandum, 2015-ci ilin fevralında isə müqavilə imzalanıb.

Müqavilənin dəyəri 197 milyon ABŞ dolları təşkil edib. Müqavilə pilotsuz uçuş aparatların çatdırılmasını, həmçinin texniki dəstəyi və logistik təminatı nəzərdə tutmuşdu.

“Predator XP” PUA-nın sayı və daşıdığı sistemlər haqda heç bir məlumat verilməyib.