28/11/2017 16:30

Prezident Ağcabədidə hərbi hissədə yaradılan şəraitlə tanış olub – FOTO – VİDEO

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident İlham Əliyevə raport verib.

İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb.

Ali Baş Komandana interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.