02/04/2019 11:33

Prezident aprel döyüşlərinin ildönümü münasibətilə videoçarx paylaşdı

Prezident İlham Əliyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə videoçarx paylaşıb.

“AzeriDefence”nin məlumatına görə, 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərin fotolarından ibarət videoçarxda “Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016” sözləri yazılıb.

Qeyd edək ki, 2016-cı ilin 2-5 aprel tarixlərində baş vermiş döyüşlər zamanı Azərbaycan Ordusunun bölmələri əks həmlə ilə Füzuli rayonu ərazisindəki Lələtəpə yüksəkliyini və Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri və 2000 hektardan artıq ərazini işğaldan azad edib.

Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016

Qəhrəmanlarımızla fəxr edirik! APREL 2016

Gepostet von Ilham Aliyev am Montag, 1. April 2019