24/06/2016 21:27

Prezident Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını təltif etdi

Prezident İlham Əliyev 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi barədə sərəncam imzalayıb.

“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə,  Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Silahlı Qüvvələrin 16 hərbi qulluqçusu “Vətən uğrunda” medalı, 9 hərbi qulluqçusu “İgidliyə görə” medalı, 22 hərbi qulluqçusu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Prezidentin digər sərəncamları ilə bir nəfərə “Əməkdar həkim” (Çingiz Əlləzov), bir nəfərə “Əməkdar müəllim” (Nərgiz Məmmədova), bir nəfərə isə “Əməkdar jurnalist” (Rəşid Hüseynov/Faxralı) fəxri adı, iki nəfərə – Yusif Yevgeniyeviç Axundzadə və Abdulla Novruz oğlu Qurbanova (Abdulla Qurbani) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.