24/06/2015 22:59

Prezident beş hərbçiyə general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, prezidentin sərəncamı ilə polkovnik Axundzadə Yusif Yevgeniyeviç, polkovnik Eyyubov Teymur Tərlan oğlu, polkovnik Əliyev İkram Zülfü oğlu, polkovnik Hüseynov Zahid İbrahim oğlu və polkovnik Orucov Elman İzzət oğluna general-mayor ali hərbi rütbəsi verilib.