09/03/2014 11:25

Prezident Daxili Qoşunların hərbçilərini təltif edib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar olaraq Qoşunların bir qrup əməkdaşının orden və medalla təltif olunması barədə sərəncam imzalayıb. “AzeriDefence”nin məlumatına görə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Daxili Qoşunların 2 zabiti “Vətən uğrunda”, 1 hərbi qulluqçusu (ölümündən sonra) “İgidliyə görə” medalı, 22 hərbi qulluqçu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.