07/03/2019 14:52

Prezident DİN Daxili Qoşunlarının hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bir qrup hərbçisinin təltif olunması barədə sərəncamlar imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, dövlət başçısının sərəncamı ilə DİN Daxili Qoşunlarının polkovniklər İnqilab Muradov və Səlim Niftalıyevə general-mayor ali hərbi rütbəsi verilib.

DİN Daxili Qoşunlarının yaradılmasının 27-ci ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, Qoşunların iki hərbi qulluqçusu (ölümündən sonra) “İgidliyə görə” medalı, 14 hərbi qulluqçusu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.