29/06/2019 15:53

Prezident DİN əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi barədə sərəncamlar imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamla, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Komandanı, general-leytenant Şahin Məmmədov “Azərbaycan Bayrağı” ordeni, Nazirliyin 21 nəfər əməkdaşı “Vətən uğrunda” medalı, 3 nəfər əməkdaşı “İgidliyə görə” medalı ilə təltif olunub.

Prezidentin digər sərəncamı ilə Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi, Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafındakı xidmətlərinə görə İsbi Salman oğlu Babaxanova “Əməkdar həkim” fəxri adı verilib.