25/12/2018 13:00

Prezident DİN-nin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istindən verdiyi xəbərə görə, Prezident İlham Əliyev açılışda iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.