16/08/2019 16:44

Prezident DSX-nin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif olunması barədə sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Prezidentin sərəncamına əsasən Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif edilib.

Sərəncama əsasən DSX rəisi general-polkovnik Elçin Quliyev 1-ci dərəcəli “Rəşadət” ordeni, general-leytenant İlham Mehdiyev,general-mayor Rəsul Tağıyev və polkovnik Aqşin Məhərrəmov 3-cü dərəcəli “Rəşadət” ordeni, 4 hərbi qulluqçu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 hərbi qulluqçu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 21 hərbi qulluqçu “Vətən uğrunda” medalı, 6 hərbi qulluqçu “İgidliyə görə” medalı, 7 nəfər “Tərəqqi” medalı, 39 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.