27/03/2017 20:38

Prezident DTX əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bir əməkdaşı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3 əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 4 əməkdaşı “Vətən uğrunda” medalı, 4 əməkdaşı “İgidliyə görə” medalı, 8 əməkdaşı isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.