13/07/2018 19:51

Prezident Gəncədə həlak olan polis zabitlərini təltif edib

Prezident İlham Əliyev iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət göstərərək həlak olmuş Daxili İşlər Nazirliyinin əməkdaşlarını təltif edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Prezidentin sözügedən sərəncamı ilə polis polkovniki İlqar Məmməd oğlu Balakişiyev və polis polkovnik-leytenantı Səməd Yunis oğlu Abbasov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.