18/06/2019 21:24

Prezident hərbçilərin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalayıb

Prezident İlham Əliyev bu gün hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, sərəncamlarla Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, DİN Daxili Qoşunları Baş İdarəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faizi həcmində artırılıb.

Adıçəkilən qurumlara dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə bağlı təkliflərini beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.