11/11/2015 15:37

Prezident Hərbi-Hava Qüvvələrində – FOTOLAR – VİDEO

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, müdafiə naziri Zakir Həsənov  Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi şəhərciyin baş planı ilə tanış olub. Ona məlumat verilib ki, ərazidə əsgər yeməkxanası, yataqxanası, anqarlar, təlim-məşq sinfi, tibb məntəqəsi inşa olunub. Hərbi hissənin ərazisində qarovul binası, komanda məntəqəsi, qazanxana, elektrik yarımstansiyası yaradılıb. Burada tikinti işlərinə 2014-cü ilin aprelində başlanılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, əsgər və zabitlərin istirahəti üçün güşələr yaradılıb.

Dövlət başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında olub. Yataqxananın foyesində Heydər Əliyevin və prezident İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotostend yaradılıb. Dövlət başçısının diqqətinə çatdırılıb ki, bütün ərazi tam mühafizə olunur və nəzarətdədir. Quraşdırılan xüsusi kameralar kənar şəxslər əraziyə daxil olarkən həmin istiqamətə yönəlir və avtomatik siqnalizasiya işə düşür. Əsgər yataqxanasında ideoloji, məişət xidməti və yataq otaqları ən müasir səviyyədə qurulub. Yataqxanada əşya anbarları, hamam və digər zəruri otaqlar var.

Prezidentə texnika parkı haqqında da məlumat verilib.

Sonra Ali Baş Komandan hərbi hissənin raket anbarına baxıb. Dövlət başçısı S-300 PMU-2 Favorit Zenit Raket Briqadasına baxış keçirib, şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.

Prezidentə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.

Dövlət başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına da baxıb.

Ali Baş Komandana Hərbi-Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib. Ona bildirilib ki, döyüşün idarəetmə məntəqəsi də ən müasir hərbi avadanlıqla təchiz edilib.

Dövlətimizin başçısı təlim-məşq kompleksi ilə tanış olub. Kompleksdə döyüş növbətçiliyinin aparılmasının təşkili, şəxsi heyətin döyüş texnikası ilə işləmə səriştələri yoxlanılır.

Sonra Azərbaycan prezidenti, Ali Baş Komandan raketlərin start mövqeyinə gəlib, burada atıcı qurğulara baxıb.

 

 

002

024

023

025

028

029

019

017

016

009

006

010

pr_ssss300

018

033

032

031