11/01/2019 16:12

Prezident İlham Əliyev: 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb

“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumatına görə, bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlət başçısı xüsusi vurğulayıb ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb.