07/11/2017 14:47

Prezident İlham Əliyev: “Azərbaycan Əfqanıstanı dəstəkləyir”

Azərbaycan və Əfqanıstan arasında güclü tərəfdaşlıq əlaqələri var.

“AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bunu Əfqanıstanın maliyyə naziri Əklil Əhməd Hakiminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycanın Əfqanıstanı dəstəklədiyini vurğulayan dövlət başçısı Azərbaycan hərbi qulluqçularının Əfqanıstanda sülhməramlı missiyada iştirakı və logistik təchizatda fəal rolunun əhəmiyyətini qeyd edib.