09/03/2018 12:26

Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gəlib.

Səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.