13/09/2018 18:18

Prezident İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirilib, Aviqdor Libermanın Azərbaycana səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların Azərbaycanın ictimai həyatında fəal rol oynadıqları bildirilib.