03/09/2019 20:48

Prezident İlham Əliyev Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrin inkişafındakı rolu vurğulanıb, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirilib və bu səfərin münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.