23/02/2018 11:09

Prezident Lukaşenko: “Belarus Silahlı Qüvvələri son illərdə modernləşib və güclənib”

Fevralın 22-də Belarusun paytaxtı Minskdə Silahlı Qüvvələrin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

“AzeriDefence”nin Belarus KİV-nə istinadən verdiyi xəbərə görə, tədbirdə çıxış edən Belarusun Prezidenti Aleksandr Lukaşenko Ordunun keçdiyi tarix və bu günü haqqında mərasim iştirakçılarına məlumat verib.

Lukaşenko qeyd edib ki, Belarus Silahlı Qüvvələri son illərdə daha da modernləşib və güclənib.

“Ölkənin Müdafiə Sənayesi də inkaş edib, öz ordumuzla bərabər dünya dövlətlərinə də silah və texnikanın satışını həyata keçiririk”, – deyə Aleksandr Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib.