17/12/2014 16:24

Prezident Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev Azərbaycan müdafiə sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, dövlət başçısının sərəncamı ilə, müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin 8 əməkdaı “Tərəqqi” medalı, 4 əməkdaçı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Nazirliyin 3 əməkdaşına isə “Əməkdar Mühəndis” fəxri adı verilib.