16/07/2018 18:59

Prezident Qəzənfər Əhmədovu “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, sərəncama əsasən mina təhlükəsi ilə mübarizə sahəsində xüsusi xidmətlərinə və vəzifə borcunu yerinə yetirərkən fərqləndiyinə görə ANAMA-nın direktoru Qəzənfər Əhmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.