12/02/2018 20:32

Prezident Səfərbərlik Xidmətinin hərbi qulluqçularını təltif edib

Prezident İlham Əliyev  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hərbi qulluqçularının təltif edilməsi barədə sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Prezidentin sərəncamı ilə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə SHXÇDX-nin iki hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 8 hərbi qulluqçusu “Hərbi xidmətlərə görə” medalı ilə ilə təltif olunub.