28/11/2017 14:17

Prezident İlham Əliyev cəbhə zonasındakı hərbi hissədə olub – FOTO

Noyabrın 28-də Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən hərbi hissədə yaradılan şəraitlə tanış olub.

“AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident İlham Əliyevə raport verib.

Ali Baş Komandan İlham Əliyev hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.

Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Ali Baş Komandana ətraflı məlumat verib.