27/03/2019 15:18

Prezidenti İlham Əliyev DTX-nin hərbi qulluqçularını təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Sərəncama əsasən Azərbaycan dövlət təhlükəsizliyi və xarıcı kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin 6 hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 8 hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə, 8 hərbi qulluqçusu “İgidliyə görə” medalı ilə, 12 hərbi qulluqçusu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.