17/07/2018 12:37

Qadın hərbi qulluqçuların təlim-məşq toplanışı olub

Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan qarnizonunda qadın hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqlarının artırılması məqsədi ilə növbəti təlim-məşq toplantısı keçirilib.

Bu barədə “AzeriDefence” “Nuhçıxan”a istinadən məlumat verib.

Toplantı çərçivəsində qadın hərbi qulluqçular sinif şəraitində hərbi-nəzəri dərslərdə, poliqonlarda isə praktiki məşğələlərdə, təlim-atış çalışmalarında iştirak ediblər.