27/09/2019 17:11

“Qafqaz Qartalı – 2019” təlimində müxtəlif ssenarilər icra olunub – FOTOLAR

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı – 2019” təliminin növbəti mərhələsi icra olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətidən məlumat verilib.

Bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər. Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.