24/09/2019 18:52

Qarabağ müharibəsi əlillərinə avtomobil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu gün daha 47 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

Bu barədə “AzeriDefence”yə ƏƏSMN-nin mətbuat xidmətindən məlumat verilb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib.

Dövlət başçısının sərəncamı 2019-cu ildə əlavə olaraq 400-dən artıq avtomobilin, beləliklə, cari ildə ƏƏSMN tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinə imkan yaradıb. Onlardan bu ilin ötən dövründə 377 avtomobil artıq təqdim edilib.