11/10/2017 11:26

Qarabağda erməni əsgəri öldürülüb

Cəbhə xəttində atəşkəsi pozan Ermənistan Silahlı Qüvvələrinin əsgəri cavab atəşi ilə məhv edilib.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilir ki, təmas xəttinin şimal-şərq istiqamətində atəşkəsin pozulması nəticəsində, Ermənistan Silahlı Qüvvələrinin 1998-ci il təvəllüdlü hərbi qulluqçusu Çaplin Marqaryan güllə yarası alıb. Hərbçi aldığı güllə yarasından ölüb.

Hadisənin araşdırılması üçün təhqiqat işləri aparılır.