28/09/2017 20:37

Qarabağda erməni hərbçisi öldürülüb

İşğal altındakı Azərbaycan ərazilərində yerləşən Ermənistan Ordusunun əsgəri öldürülüb.

“AzeriDefence” erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 28-də saat 15:00 radələrində təmas xəttinin cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdə birində atəşkəs rejiminin pozulması nəticəsində bir erməni əsgəri ölüb.

Ölən əsgər Seyran Manvel Sarkisyan 1998-ci ildə İrəvanda doğulub.