22/07/2015 11:00

Qarabağda erməni tankı partladı– FOTO-VİDEO

İşğal altındakı Azərbaycan ərazilərində ermənilərə məxsus tankdaşıyan maşın partlayıb.“AzeriDefence”nin məlumatına görə, “Youtube” saytında işğal altındakı Azərbaycan ərazilərində yerdəyişmə edən Ermənistan Ordusuna məxsus tankdaşıyıcının üzərindəki tankla bərabər partladığı görülür.

Tankın hansı əraziyə getdiyi barədə məlumat yoxdur. Pilotsuz uçuş aparatından çəkilən görüntüdə ərazi koordinatlarını əks etdirən ekran informasiyaları qapadılıb.

Partlayış baş verən yolun bir hissəsində əkin sahələrinin olması görünür. Bu da hadisənin yerli ermənilərin kompakt yaşadığı ərazidə baş verdiyi ehtimalını yaradır.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, iyul ayının əvvəllərində ermənilər Xocavənd və Ağdam istiqamətinə Ermənistandan daha bir tank briqadasını dislokasiya edib.

Qeyd edək ki, bundan əvvəl Ağdərə istiqamətində erməni hərbçilərini daşıyan avtomobilin, yanvar ayında isə Qazax rayonu istiqamətində divversiya qrupunun minaya düşməsi görüntüləri yayılmışdı.

Video aşağıdakı linkdə: