23/10/2019 10:54

“Qazax” əlahiddə sərhəd diviziyasında yeni hərbi hissə kompleksi istifadəyə verilib

Oktyabr ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.

“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azər­baycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib. Ali Baş Komandanın qay­ğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və böl­mələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin ya­ra­dılmasını qeyd edib.

Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları əra­zisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizə­yə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olması xüsusi vurğulanıb. Bu istiqamət­də sərhəd infrastrukturunun yaradılması üzrə həyata keçirilən geniş miqyaslı tikinti-inşaat və quruculuq işləri, o cümlədən düşmənin təxri­bat­larına baxmayaraq sərhəd döyüş mövqelərinin təkmilləş­dirilməsi üzrə görülən işlər haqqında məlumat verilib. Azərbaycan sərhədçilə­rinin işğalda olan torpaqlarımızın azad olunmasına öz ciddi töhfələrini verməyə hər zaman hazır olmaları bildirilib.

Tədbirdə iştirak edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Ni­zaməddin Quliyev sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlə­rində uğurlar arzulayıb.

Tədbir zamanı xidmətdə yüksək nəticələr gös­tərmiş bir qrup hər­bi qulluqçu təltifləndirilib.

Çıxışlarda sərhədçilərin yerli əhali, ictimaiyyət nümayən­dələri ilə əlaqələrinin möhkəm zəmin üzə­rində qurulmasının Vətənimizin hü­dud­­larının qorunması işində müs­bət rol oynaması, icra hakimiyyəti, pro­­­ku­rorluq, dövlət təhlükəsizliyi və daxili işlər orqanları ilə sıx əmək­daşlığın, Müfadiə Nazirliyinin hərbi hissələri ilə qarşılıqlı fəaliy­yətin dövlət sərhədlərimizin mühafizəsinin daha da gücləndirilməsinə xid­mət etməsi xüsusi qeyd olunub.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissə komplek­sinə baxış keçirmişdir. Hərbi hissədə xidmətin yüksək səviyyədə təş­kili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Hərbi hissə kompleksində xidməti və yaşayış binaları, tibb məntə­qə­si, id­man zalı, təminat binaları, su rezervuar­ları inşa olunub.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qo­naqlar şəxsi heyətlə birlikdə nahar ediblər.

Səfər çərçivəsində tə­mas xəttində yerləşən sərhəd döyüş mən­tə­qələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.