02/10/2019 10:47

Qazax istiqamətində erməni diversiya qruplarının qarşısı alınıb

Qazax rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının mövqelərinə Ermənistan Ordusunun diversiya-təxribat cəhdinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

“Oktyabr tarixində saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədindəki təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərindən Azərbaycan ərazilərinə döğru təxribat-diversiya qruplarının hərəkəti döyüş mövqelərimizdə xidmət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qarşısı alınıb”, – deyə DSX-nin məlumatında bildirilib.

Həmin tarixdə DSX Sərhəd Qoşunlarının sərhəd döyüş məntəqələri Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən müxtəlif istiqamətlərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.