31/07/2019 18:58

Qazaxda atəşkəsin pozulması nətisində DSX-nin əsgəri yaralanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə “Azeri Defence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

2019-cu ilin 31 iyul tarixində saat 16:40-da Ermənistan Ordusu tərəfindən DSX-nin döyüş mövqeləri atəşə tutulub. Düşmənin atəş nöqtələri cavab atəşilə susdurulub.

Atışma zamanı döyüş növbəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin 1 hərbi qulluqçusu yaralanıb. Sərhədçiyə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.