22/03/2018 16:11

Qazaxıstan “Airbus” şirkəti ilə birgə yeni helikopterin istehsalına hazırlaşır

Qazaxıstanın “Eurocopter Kazakhstan Engineering”şirkəti may ayında Astanada keçiriləcək KADEX-2018 sərgisində H-145M orta sinif çoxməqsədli hərbi helikopteri ilk dəfə təqdim edəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “İnformburo.kz” saytında “Eurocopter Kazakhstan Engineering” (EKE) şirkətindən hazırlanmış reportajda bildirilib.

Qeyd edək ki, Qazaxıstan və Fransa arasında imzalanmış müqavilə çərçivəsində EKE zavodunda 45 ədəd EC-145 helikopteri istehsal edilməlidir. Bu günədək (2012-ci ilin iyun ayında zavodun açılışından) zavodda 26 helikopter istehsal edilib. Onlardan 18 helikopter “Kazaviaspase”nin, 8 helikopter isə Müdafiə Nazirliyinə istifadəsinə verilib.