01/07/2019 13:40

Qazaxıstan “Arlan”larını “Sarp Dual” ilə silahlandırır

Qazaxıstan Ordusunun sifariş verdiyi 4×4 “Arlan” zirehli nəqliyyat vasitələrinin (orijinal adı “Marauder”) yeni partiyası “Sarp Dual” döyüş modulu ilə silahlandırılacaq.

Bu barədə “AzeriDefence”yə “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumunda iştirak edən “Kazakhstan ASELSAN Engineering” (KAE) şirkətindən məlumat verilib.

KAE şirkətində istehsal edilən “Sarp Dual” döyüş modulu bir ədəd 12.7×108 mm NSVT və bir ədəd 7.62×54 mm PKT pulemyotu ilə silahlandırılıb.

“Sarp Dual” döyüş modulundan silahlarddan ayrılıqda və birlikdə atəş açmaq mümkündür.

İri çaplı NSVT pulemyotları Qazaxıstanın ZKMK şirkəti tərəfindən istehsal edilir.

Qeyd edək ki, bu günədək Qazaxıstan Silahlı Qüvvələrinə və Sərhəd Qoşunlarına verilmiş “Arlan” zirehli nəqliyyat vasitələrinin silahlanmasına “Sarp” döyüş modulu daxildir.