22/02/2018 21:31

Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb – FOTOLAR

Kazakhstan Paramount Engineering (KPE) şirkəti 8×8 təkər formuluna malik “Barıs” zirehli maşının ekstremal qış şərtlərində testlərinə başlayıb.

Bu barədə “AzeriDefence”yə Kazakhstan Engineering şirkətindən məlumat verilib.

Sınaqlarda maşının özünün texniki parametrləri ilə yanaşı ştat silahlarından gecə və gündüz atışları nəzərdə tutulur.

Zirehli maşın 30 mm-lik 2A42 avtomat top və 7.62 mm-lik PKT pulemyotu ilə təchiz edilmiş ASELSAN şirkətinin istehsalı olan insansız qüllə (“Nəfər”) ilə silahlandırılıb.

Qeyd edək ki, çoxfunksiyalı “Barıs” zirehli maşını minaya qarşı qorumaya və yüksək balistik mühafizəyə malikdir. “Paramount Group” şirkəti tərəfindən layihələndirilmiş “Barıs”ın orijinal adı “Mbombe”dir.