17/11/2017 19:15

Qazaxıstan “Barıs” zirehli maşınını ASELSAN-ın “Nəfər” qülləsi ilə silahlandırır – FOTO

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin istehsal etdiyi 8×8 təkər formuluna malik “Barıs” (orijinal adı “Mbombe”) zirehli döyüş maşınının zavod sınaqlarına başlanıb..

Bu barədə “AzeriDefence”yə “Kazakhstan Engineering” şirkətindən məlumat verilib.

irehli maşın Türkiyənin ASELSAN şirkətinin istehsalı olan  “Nəfər” qülləsi ilə təchiz olunub. Qüllə 30 mm çaplı 2A42 topu və 7.62 mm çaplı pulemyotla silahlandırılıb. Qüllənin üzərində həmçinin elektro-optik sistemlər yer alır. Qüllə “Kazakhstan ASELSAN Engineering” şirkətində hazırlanıb.

Zavod sınaqlarından sonra zirehli maşın qış fəslində ekstremal iqlim şəraitndə sınaqların keçirilməsi üçün Qazaxıstanın Müdafiə Nazirliyinin ekspertlərinə təqdim ediləcək. Proqram üzrə maşının ştat silahlarından gecə və gündüz vaxtı atışların keçirilməsi də nəzərdə tutulur.

8×8 təkər formluna malik “Barıs” zirehli maşını ilk dəfə 2016-cı ilin iyun ayında Astanda keçmiş “KADEX-2016” hərbi sərgisində nümayiş olunub.

Qeyd edək ki, bundan əvvəl “Kazakhstan Paramount Engineering” şirkəti tərəfindən istehsal edilmiş 36 ədəd “Arlan (“Marauder”) maşını da ASELSAN şirkətinin istehsalı olan “Sarp” döyüş modulu ilə silahlandırılıb.