15/05/2013 12:12

Qazaxıstan da Marauderi seçdi

Qazaxıstan CAR-ın Paramount Group şirkətindən zirehli maşınlar alıb. Bu barədə “AzeriDefence” Kazspeseksport şirkətinə istinadən məlumat verib.

Məlumata görə, Qazaxıstan Paramount Group şirkətindən Marauder tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi və Maverick tipli ictimai asayiş maşını alıb.

Zirehli nəqliyyat vasitələri mayın 7-də Qvardiya Qarnizonunda keçirilən parada nümayiş etdirilib.