30/12/2012 07:58

Qazaxıstan dəniz piyadalarının silahlanmasına 30 ədəd BTR-82 maşını daxil edilib

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları yeni zirehli transportyorlarla təchiz edilib. Bu barədə “AzeriDefence”yə Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.

Manqışlaqda yerləşən dəniz piyadalarının silahlanmasına bu günlərdə 30 ədəd BTR-82 tipli yeni zirehli transportyor daxil edilib.

Məlumatda bildirilib ki, BTR-82-lər BTR-80 tipli transportyorların dərin mordernizasiya olunmuş versiyasıdır. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində maşınların yaşamaq qabiliyyəti 20% yüksəldilib. Ekipajın, aqreqatların və sistemlərin müdafiəsi, habelə ekipajın qəlpə əleyhinə müdafiəsi təmin olunub, atəş gücü artırılıb.