18/04/2015 14:45

Qazaxıstan donanması üçün yüksək sürətli katerlər tikilir

Qazaxıstan Hərbi Dəniz Qüvvələri üçün yeni katerlərin inşasına başlanıb.

“AzeriDefence”nin “MİR 24” telekanalına istinadən verdiyi məlumata görə, Uralskda yerləşən “Zenit” zavodunda inşa edilən katerin uzunluğu 20 metr, sürəti 100 km/saat olacaq.

Kater müasir naviqasiya sistemi və raket-zenit kompleksləri ilə təchiz ediləcək.

İstehsalçı müəssisə rəsmilərinin sözlərinə görə, bu Xəzərdə ən itigedən gəmidir. Katerin layihəsi Rusiyada hazırlanıb. Mühərriklər Almaniyadan, yanğın nasosları isə Finlandiyadan alınıb.

Hazırda tərsanədə 600 tonluq gəmilərin tikintisinə hazırlıq görülür.