28/11/2015 19:54

Qazaxıstan HDQ Fransadan sualtı sistemlər alıb

Qazaxıstan Hərbi Dəniz Qüvvələri Fransanın “ECA Group” şirkətindən sualtı nəzarət-kəşfiyyat aparatları (AUV və ROV) alıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “ECA Group” şirkəti məlumat yayıb.

Tərəflər arasında imzalanmış müqavilə çərçivəsində Qazaxıstan HDQ-yə 2 ədəd A9M muxtar sualtı nəqliyyat vasitəsi, 2 ədəd K-STER I yoxlama vasitəsi və bir neçə K-STER C mina zərərsizləşdirmə sisteminin çatdırılması təmin olunub.

Müqavilə üzrə “ECA Group” tərəfindən Qazaxıstan HDQ-nin heyətinə yeni avadanlıqların istifadəsi üzrə iki həftəlik təlim verilib.